Radiasiya Nəzarət Qurğusu PM5000KM-01
Təsviri
-
-
PM5000KM seriyanın portal radiasiya monitorları – stasionar keçid məntəqələrində avtomobil və dəmir yolu nəqliyyatının, sərnişinlərin və baqajın radiasiya nəzarətini təmin etmək üçün nəzərdə tutulan yüksək həssaslığa malik stasionar sistemlərdir.
PM5000КM qurğuları həm otaqlarda, həm də açıq havada quraşdırıla bilərlər.
Nəzarət olunan ərazidə radioaktiv və nüvə materialları aşkar edildikdə və ya qamma-şüalanmanın fon göstəricisi dəyişdikdə, işıq və səs siqnalizasiyası işə salınır və müvafiq məlumatlar qurğuya qoşulmuş kompüterdə əks olunur və saxlanılır.
РМ5000КМ qurğuları ölçmə vasitələridir.
-
İş prinsipi
- Böyük həcmli detektorların istifadəsi səbəbindən yüksək həssaslıq
- Asan quraşdırma (xüsusi hazırlıq keçmədən personal tərəfindən həyata keçirilə bilər)
- Korpusda səs və işıq siqnalizasiyası və əlavə daşınan siqnalizasiya bloku
- İşə düşməyə səbəb olan obyektin şəklini çəkmək üçün videomüşahidə sisteminin qoşulma imkanı
- Bloklar arasında məlumat mübadiləsi və məlumatların Ethernet lokal şəbəkəsi və ya WiFi vasitəsilə PK ötürülməsi
- Qurğuları bir PK idarə etməklə vahid şəbəkəyə birləşdirmək imkanı
- Ölçmələrin tarixçəsinin qeydi ilə gecə gündüz və avtomatik iş rejimi
- ГОСТ Р 51635-2000-nin tələbləri nəzərə alınaraq hazırlanıb
- 11.03.2016 və СанПиН РФ 2.6.1.993-00 tələblərinə uyğun olaraq metal qırıntılarına nəzarət etmək üçün istifadə edilə bilər
- Çətin iqlim şəraitində istifadə üçün uyğundur