Radiasiya nəzarət qurğusu УРК-PM5000B

Təsviri

    • PM5000B radiasiya portal monitorları seriyası - radioaktiv materialların hərəkətinə nəzarəti təmin etmək üçün nəzərdə tutulmuş həssaslığı yüksək olan stasionar sistemlərdir. Qamma, neytron və qamma-neytron radiasiya monitorları minik və yük nəqliyyat vasitələri, həmçinin qatarlara nəzarət üçün tövsiyə olunur.

      Monitorlar quraşdırıla bilər: sərhəd və gömrük keçid məntəqələrində; nüvə materiallarını istifadə edən və ya istehsal edən obyektlərdə; təkrar xammalı istifadə və ya emal edən müəssisələrdə, şüalanma mənbələrinin texnoloji proseslərə düşməsinin qarşısını almaq üçün daxilolma nəzarəti zamanı.

İş prinsipi

Monitorlar yerdəki binövrələrə quraşdırılır və əlverişsiz iqlim şəraitində istifadə üçün nəzərdə tutulub. Monitorlar nəzarət zonasının müxtəlif hündürlüyünə malik ola bilərlər və qamma, neytron və ya eyni zamanda hər iki növ şüalanmaya nəzarət edə bilərlər. Avtomobil monitorları videomüşahidə sistemləri ilə təchiz oluna və PK ilə məlumat mübadiləsini təmin edə bilərlər.

Üstünlükləri

  • Böyük həcmli detektorlara görə təkmilləşdirilmiş həssaslıq
  • Verilənlərin emalında ən yeni texnologiya və alqoritmlərin tətbiqi
  • Quruluşun modul prinsipi
  • Səs və işıq siqnalizasiya
  • Ölçmə tarixçəsinin qeydi ilə kecə-gündüzlü iş rejimi
  • Video müşahidə sistemini qoşmaq imkanı
  • Monitorların bir kompüterdən idarəetmə ilə vahid şəbəkədə birləşdirilməsi və sonradan komanda ekspertiza mərkəzindən idarəetmə ilə daha yüksək səviyyəli şəbəkəyə inteqrasiyası imkanı

Avtomatlaşdırılmış iş yeri

Avtomatlaşdırılmış iş yeri monitorun işləmə parametrlərini və rejimlərini uzaqdan dəyişməyə, həmçinin monitorun operativ yaddaşından məlumatları oxumağa və göstərməyə imkan verir