Rentgen və qamma-şüalanma dozimetri ДКГ-PM1621

Təsviri

    • Dozimetr fərdi doza ekvivalentini və qamma və rentgen şüalanmasının doza gücünü ölçmək üçün nəzərdə tutulub. Cihaz dörd modifikasiyada buraxılır.

İş prinsipi

Dozimetrlərlərdə doza və doza gücü üçün iki müstəqil həyəcan həddinin təyin edilməsi nəzərdə tutulub, bu hədlərin aşılması səs siqnalizasiyası ilə avtomatik müşayiət olunur. Bu zaman, cihazların ekranında radiasiya təhlükəsi haqqında istifadəçiyə vaxtında məlumat verilməsini təmin edən həddi aşılan göstərici göstərilir. Şüalanma intensivliyi doza gücünün ölçülməsinin yuxarı həddini aşdığı hallarda, ekranda “OL” xəbərdarlıq yazısı əks olunur və fasiləli səs siqnalı verilir.

ДКГ-РМ1621 və ДКГ-РМ1621А dozimetrləri elektrik enerjisindən asılı olmayan yaddaşla təchiz olunublar, hansıda ki, doza gücünün ölçmələri, toplanmış dozanın qiymətləri, müəyyən edilmiş həyəcan hədlərini aşma hallarını və səviyyələrinin tarixçənin 1000-ə qədər hadisəsi saxlanılır. İnfraqırmızı (İQ) rabitə kanalını istifadə edərək, cihazın elektrik enerjisindən asılı olmayan yaddaşından məlumat sonrakı emal və təhlil üçün personal kompüterə ötürülə bilər, həmçinin nəzarət sistemi çərçivəsində və personalın şüalanma dozalarının qeydə alınması müvafiq məlumat bazaları şəklində təqdim edilə bilər.

Hermetik, zərbəyə davamlı korpus cihazları əlverişsiz iş şəraitində istifadə etməyə və lazım olduqda dozimetrləri dezaktivasiya etməyə imkan verir, lüminessens işıqlandırma isə xarici işıqlandırma olmadıqda ekrandan məlumatları asanlıqla oxumağa imkan verir.