Saat-dozimetr РМ1603A
Təsviri
-
- Miniatür peşəkar dozimetr radiasiya şəraitinə gecə-gündüz fasiləsiz nəzarəti üçün nəzərdə tutulmuşdur. Dozimetr 1 mkZv/saat-dan 5 Zv/saat-a (ДКГ-РМ1603А) qədər qamma və rentgen şüalanmanın doza və doza gücünü ölçür.
İş prinsipi
Dozimetr iki modifikasiyada buraxılır: ДКГ-РМ1603А və ДКГ-РМ1603В.
Dozimetrlər elektrik enerjisindən asılı olmayan yaddaşla təchiz olunublar, hansıda ki, tarixçənin 1000-ə qədər hadisəsi avtomatik saxlanılır (doza gücünün ölçülməsi, toplanmış doza, müəyyən edilmiş həyəcan hədlərini aşma halları və səviyyələri; 500 EDG + 500 ED). İnfraqırmızı (İQ) rabitə kanalını istifadə edərək, cihazın elektrik enerjisindən asılı olmayan yaddaşından məlumat sonrakı emal və təhlil üçün personal kompüterə ötürülə bilər, həmçinin nəzarət sistemi çərçivəsində və personalın şüalanma dozalarının qeydə alınması müvafiq məlumat bazaları şəklində təqdim edilə bilər.
Dozimetrlərlərdə doza və doza gücü üçün iki müstəqil həyəcan həddinin təyin edilməsi nəzərdə tutulub, bu hədlərin aşılması səs siqnalizasiyası ilə avtomatik müşayiət olunur. Bu zaman, cihazların ekranında radiasiya təhlükəsi haqqında istifadəçiyə vaxtında məlumat verilməsini təmin edən həddi aşılan göstərici göstərilir.
Hermetik, zərbəyə davamlı korpus cihazları əlverişsiz iş şəraitində istifadə etməyə və lazım olduqda dozimetrləri dezaktivasiya etməyə imkan verir, lüminessens işıqlandırma isə xarici işıqlandırma olmadıqda ekrandan məlumatları asanlıqla oxumağa imkan verir.