Zəhərli maddələrin buxarlarının aşkarlanması funksiyası ilə qamma şüalanma dozimetri PM2012MB

Təsviri

    • Zəhərli maddələrin buxarlarının aşkarlanması funksiyası ilə qamma şüalanma dozimetri PM2012MB

      PM2012MB kimyəvi detektor və qamma şüalanma detektorunun funksiyalarını bir blokda birləşdirən «iki» cihazdır. Cihaz  qamma və rentgen şüalanmasının ambient ekvivalent dozasını və doza gücünü gücünü ölçür. PM2012MB həmçinin hərbi zəhərli maddələrdən (HZM): fosfor üzvi birləşmələrdən (zarin, soman, V-qazlar) və arsenik tərkibli birləşmədən (luizit) ayrılan buxarları aşkar edir. Şüalanma səviyyələrinin müəyyən edilmiş həddi aşıldıqda cihaz səs və işıq siqnalizasiyası ilə xəbərdarlıq edir.

      PM2012MB təcili yardım xidmətləri, polis əməkdaşları, gömrük və sərhəd patrul xidmətləri, radiasiya-kimya xidmətləri tərəfindən istifadə edilə bilər.

İş prinsipi

PM2012MB iki müstəqil moduldan ibarətdir:

Qamma şüalanma detektoru modulu
Qamma şüalanmasının qeydiyyatı, ambient ekvivalent dozanın və qamma şüalanmanın ekvivalent doza  gücünə davamlı nəzarət etməyə və müəyyən edilmiş həddin aşılması barədə siqnal verməyə imkan verən Heiger-Müller sayğacına əsaslanır.

Zəhərli kimyəvi buxarların aşkarlanması modulu
Havada zəhərli buxarların aşkarlanması beta şüalanma mənbəyi Ni-63 təchiz olunmuş ionizasiya kamerasının köməyi ilə həyata keçirilir. Ətrafdakı hava ionizasiya kamerasına  mikro nasosla pompalanır və havadakı buxarları təyin edir. Fosfor üzvi birləşmələri və arsen tərkibli birləşmələri ayırmaq üçün gərginlik siqnallarının qütblüyü müəyyən edilir.