Axtarış dozimetr radiometri МКС-РМ1401К-3
Təsviri
-
- МКС-РМ1401К-3 axtarış cihazı, radiometr, dozimetr, spektrometr və radioizotop eyniləşdiricisinin funksiyalarını özündə birləşdirən çoxfunksiyalı cihazdır.
İş prinsipi
Bir neçə cihazın funksiyalarını özündə birləşdirən, dünyanın ən kiçik və ən yüngül radiometrlərindən biridir.
Cihaz qamma və rentgen (foton), neytron, alfa və beta şüalanmalarını qeydəalmaqla radioaktiv materialların axtarışını, aşkarlanmasını və lokallaşdırılmasını təmin edir. Səs və ya vibrosiqnalizasiya vasitəsi ilə, cihaz qurulmuş hədləri aşdıqda istifadəçini xəbərdar edir.
PM1401K-3 vasitəsi ilə istifadəçi qamma və rentgen şüanmanın EDG-nü, həmçinin səthlərin alfa və beta hissəcikləri ilə çirklənmə dərəcəsini ölçə bilər. Cihazın elektrik enerjisindən asılı olmayan yaddaşı 500-ə qədər hadisəni və 1000-ə qədər yığılmış qamma-spektrləri saxlayır.
Cihaz maddənin radionuklid tərkibinineyniləşdirilməsini keçirməyə, həmçinin nümunələrdə radionuklidlərin xüsusi (XA) və həcmi (HA) aktivliyini ölçməyə imkan verir.