ИСП-PM1401K-01М axtarış tipli siqnalızator-ölçmə cihazı
Təsviri
-
- Siqnalızator-ölçmə cihazı ИСП-РМ1401K-01М - radiasiya monitorinqi (radioaktiv və nüvə materiallarının, onların qamma və neytron şüalanmasına görə aşkarlanması və lokallaşdırılması) üçün nəzərdə tutulmuş yüksək həssaslığı olan axtarış cihazıdır. Ölçmə cihazı üç detektorla təchiz edilmişdir: qamma kvantları qeydə almaq uçün CsI(Tl) kristalı əsasında sintillyator, Geiger-Muller sayğacındakı kanal və neytronları qeydə almaq üçün He-3 əsasında qaz boşalma sensoru. Ləngidici kameranın istifadəsi ilə, cihazların neytron həssaslığı əhəmiyyətli dərəcədə artırıla bilər.
İş prinsipi
Radiasiya fonununavtomatik ölçülməsi və yadda saxlanması funksiyası sayəsində cihaz fon səviyyəsinə adekvat uyğunlaşır ki, bu da şüalanma intensivliyinin yüksək olduğuşəraitdə radioaktiv mənbənin lokallaşdırılmasını asanlaşdırır (paylanmış radioaktiv mənbə fonunda nöqtəvi mənbəyinin lokallaşdırılması). Siqnalızator-ölçmə cihazı hətta fon səviyyəsinin cüzi aşılmasına dərhal reaksiya verir, bu barədə səs və işıq siqnalları ilə məlumat verir. Gizli aşkarlama və yüksək səs-küy səviyyəsi olan yerlərdə işləmək üçün xarici vibrasiyalı siqnalizator nəzərdə tutulub.
Siqnalızator-ölçmə cihazına qulluq etmək asandır və cihazla düzgün işləmə, istifadəçinin xüsusi ixtisas və ya hazırlığı tələb edilmir. Cihaz teleskopik uzadıcı ilə təchiz oluna bilər ki, bu da əlçatmaz yerlərdə radiasiya monitorinqinə imkan verir və istifadəçini daha yüksək radiasiyadan qorunmasını təmin edir.